Biləsuvarda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Biləsuvar-Bəhramtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Nəsimi kəndindən keçən hissəsində baş verib.
Rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə rayonun Nərimankənd kənd sakini 1969-cu il təvəllüdlü Sərxoş Quliyevin idarə etdiyi motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü və sərnişin 2007-ci il təvəllüdlü Rəsul Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Rayon mərkəzi xəstəxanasına aparılan yaralılardan S. Quliyevin həkimlərin səylərinə rəğmən həyatını xilas etmək mümkün olmayıb, o xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az