Biləsuvarda dəm qazından zəhərlənmələr olub.
Azinformasiya.az xəbər verir ki, son günlər ərzində Biləsuvarda 3 fakt üzrə dəm qazından zəhərlənmələr baş verib. Müxtəlif ünvanlarda qeydə alınan faktlar üzrə ümumilikdə 4 nəfər rayon xəstəxanasına müraciət edib. Onlara ilkin tibbi yardımlar göstərilib, həyatları üçün heç bir təhlükə olmayıb.
Azinformasiya.az