“Beynəlxalq təhlükəsizliyə töhfə veririk” – Ərdoğan

“İŞİD-dən FETÖ-yə, PKK/PYD-dən tutmuş digər qanlı strukturlara qədər terrorun bütün növlərinə qarşı qətiyyətlə mübarizə aparırıq”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 89-cu sessiyasına ünvanladığı videomüraciətdə söyləyib.

“Balkanlardan Şimali Afrikaya, Qafqazdan Asiyaya qədər geniş bir ərazidə baş verən hər bir hadisədən birbaşa təsirlənirik. Biz bu təhlükəsizlik çağırışları qarşısında vətəndaşlarımızın can və mal təhlükəsizliyini, ölkəmizin birliyini və bütövlüyünü təmin etməklə yanaşı, beynəlxalq təhlükəsizliyə də töhfə veririk”, – deyə Ərdoğan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir