Beyləqanda yol qəzası olub, sürücü ölüb

Beyləqanda sürücünün ölümü ilə nəticələnən qəza olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində baş verib.

“VAZ 2107” markalı minik avtomobilinin sürücüsü, 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı idarəetməni itirərək divara çırpılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 29 yaşlı sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir