Beyləqanda beşotaqlı ev yanıb

Beyləqan rayonununda ev yanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Birinci Şahsevən kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının, dəhlizinin, mətbəxinin yanar konstruksiyaları 80 m² sahədə və dam ötüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

“Evin qalan hissəsi və əşyaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir