Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azinformasiya.az xəbər verir ki, Qəhrəmanlı kəndində 1994-cü il təvəllüdlü Əyyub Salahlının idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb.
Qəza nəticəsində avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Orucov və 1995-ci il təvəllüdlü Eltun Xudiyev ölüb. Sürücü Əyyub Salahlı isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az