Beyləqanda ağır yol nəqliyyat hadisəsi olub, ölən və yaralılar var

Beyləqanda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.

Belə ki, hərəkətdə olan iki minik maşınlarının toqquşması nəticəsində ölən və xəsarət alanlar olub.

Avtoqəza zamanı Xankişiyev Qabil Dədəkişi oğlu həyatın itirib. Kərimov İmamqulu Əsəd oğlu, Quliyev Ağa Təvəkkül oğlu, Hüseynov Şəhriyar İman oğlu, Fərzəliyev Elvin Salman oğlu xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir