Beyləqan rayonunda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir

Əhmədli, Aşıqalılar Aşağı Çəmənli, İkinci Şahsevən və Qaradağlı kəndlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.

 

Azinformasiya.az  xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonda fəaliyyətə başladığı ilk gündən Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edir, onların ailə üzvlərini ziyarət edir.

18 iyul 2024-cü il tarixdə Beyləqan RİH başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısının müavinləri ilə birlikdə rayonun Əhmədli, Aşıqalılar, Aşağı Çəmənli, İkinci Şahsevən və Qaradağlı kəndlərində şəhid məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla yad ediblər.

Daha sonra 7 şəhid ailəsinə baş çəkilib və onlara ərzaq sovqatı təqdim olunub. Görüşlərdə şəhidlərin şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Şəhid ailələri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir