Berbok: İsrail və HAMAS arasındakı münaqişənin nəticələrini Avropada hiss edirik

“Yaxın Şərqdə baş verənlər, İsrail və HAMAS arasında müharibə İsrail üçün, Qəzzadakı mülki əhali üçün və bütün dünya üçün bir fəlakətdir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel çıxışında deyib.

O bildirib ki, Almaniya XİN bu münaqişənin qığılcımının bütövlükdə regiona yayılmasının qarşısını almaq üçün işləyir. “Biz bu münaqişənin nəticələrini Ukraynada, Avropada hiss edirik”, – Berbok qeyd edib.

Almaniya XİN başçısı azyaşlı uşaqların Qəzzada HAMAS-ın girovluğunda olduğunu, həmçinin Qəzzadakı uşaqların humanitar fəlakətdən əziyyət çəkdiyini vurğulayıb. “Atəşkəsin əldə olunması barədə danışırıq, bu texniki məsələ kimi səslənir əslində isə bu, uşaqların həyatının xilas olunması deməkdir”.

O qeyd edib ki, Almaniya İsrailin özünümüdafiəsini dəstəkləyir, amma “mülki itkilərin olmaması üçün də strategiyanın dəyişdirilməsinin vacibliyi”ni qeyd edir.

Almaniya XİN başçısı deyib ki, hazırda bu münaqişə çıxılmaz vəziyyət halını alıb, çünki hər iki tərəf bir-birini ittiham edir, lakin qanunun aliliyinə, dünya nizamına inanan beynəlxalq ictimaiyyətin təmsilçiləri həll yolu tapılmasında öhdəlik nümayiş etdirməlidir.

O, Yaxın Şərqdəki münaqişənin həlli üçün iki dövlətli həll prinsipini dəstəklədiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir