Belçika XİN rəhbəri Ermənistan və Azərbaycana səfər edəcək

Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistana gedəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər avqustun 22-də baş tutacaq.

Səfər çərçivəsində Belçika XİN başçısı erməni həmkarı Ararat Mirzoyanla görüşəcək. Bundan başqa, o, İrəvanda digər yüksək səviyyəli görüşlər keçirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Hadija Labib Ermənistandan sonra Azərbaycana səfər edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir