Belarus hökuməti Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlıq sazişini denonsasiya edib.
Azinformasiya.az xəbər verir ki, hökumətin bu haqda rəsmi qərarı Belarusun Milli Hüquq İnternet Portalında dərc olunub.
Eyni zamanda bu sazişə əlavələrin edilməsi haqqında iki ölkə arasında 2003-cü il 16 iyulda Minskdə də imzalanmış hökumətlərarası protokola da xitam verilib.
Qeyd edək ki, müqavilə 1994-cü il 16 dekabrda Belarusun paytaxtı Minskdə iki ölkə tərəfindən imzalanıb.
Azinformasiya.az