“Azərbaycanın koronavirusla mübarizə sahəsindəki uğurları xoş təsir bağışlayır”.
Bunu Azinformasiya.Az-a müsahibəsində Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov deyib.
“Pandemiyanın bütün dünyaya mənfi təsir göstərdiyi heç kimə sirr deyil, ən çox da sərhəd keçidi ilə əlaqəli sahələr – turizm və sərnişindaşıma zərər görüb. Ancaq karantin məhdudiyyətlərinin ləğvindən sonra əməkdaşlığın genişmiqyaslı bərpasına hazırıq”, – səfir bildirib.