Belarus Polşaya nota verib

Polşanın müvəqqəti işlər vəkili Kişitof Ojanna Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi nota təqdim edilib.

 

Azinformasiya.az  BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatdan 9–10 avqust tarixlərində Varşavada Belarus əleyhinə keçiriləcək kütləvi etiraz aksiyasının yolverilməzliyi ilə bağlı xəbərdarlığın Polşaya çatdırılması tələb edilib.

Həmçinin bu cür tədbirlərin iki ölkə arasında normal münasibətlərin və dialoqun formalaşmasına ciddi maneə yaratdığı qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir