BDU-da yoluxmaya görə 2 qrup distant təhsilə keçdi

Bu gündən Bakı Dövlət Universitetinin 2 qrupunda da dərslər distant formada davam etdiriləcək. 

Bu barədə Azinformasiya.Az-a universitetin mətbuat katibi Günel Orucəliyeva məlumat verib.

Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin SABAH qruplarından olan 2 qrupda COVID-19 virusu aşkarlanıb. Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr arasında yoluxma faktı qeydə alınmışdı və qruplar distant təhsilə keçirilmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir