ABŞ Prezidenti Co Baydenin Helsinkidə Skandinaviya ölkələrinin liderləri ilə görüşü baş tutub.
Azinformasiya.az “Sky News“ə istinadən xəbər verir ki, Baydenlə Finlandiya Prezidenti, İsveç, Danimarka, Norveç və İslandiya baş nazirləri arasındakı zirvə görüşündən sonra Skandinaviya ölkələrinin liderləri Ukraynaya dəstəklərini lazım olduğu qədər davam etdirəcəklərini bildiriblər.
Rəhbər şəxslər Skandinaviya ölkələrinin ABŞ-la təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını ifadə ediblər.
Azinformasiya.az