ABŞ-nin Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsi təhlükəsini görmür.
Azinformasiya.az xəbər verir ki, bu barədə Amerika lideri Finlandiyanın paytaxtı Helsinkidə Şimali Avropa liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Mən düşünmürəm ki, Putinin nüvə silahından istifadə etməsinin real perspektivi var. Yalnız Qərb deyil, Çin və dünyanın qalan hissəsi dedi: “Buna əl atmayın. Bunu etməyin”, – ABŞ Prezidenti qeyd edib.
Bayden Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməyə davam etdiyi barədə də danışıb.
“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojının mümkün hərəkətləri barədə suala ABŞ dövlət başçısı belə cavab verib: “Onun nə edə biləcəyini bir Allah bilir”.
“Onun harada olduğunu və hansı vəziyyətdə olduğunu bilmirik. Onun yerində olsaydım, onların mənə nahara nə verdiyinə diqqət yetirərdim. Xülasə, bilmirəm və heç kim bilmir”, – ABŞ lideri diqqətə çatdırıb.
Azinformasiya.az