“Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən seçkiyə müdaxiləsinin bədəlini “ödəyəcək”.
Azinformasiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib.
Məlumata görə, ABŞ kəşfiyyatının martın 16-da açıqlanan hesabatında Moskva keçmiş prezident Donald Trampı dəstəkləməyə cəhddə, Cozef Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə “nifaq toxumu səpməkdə” ittiham olunur.
Seçkilərə İran, “Hizbullah” və Kubanın da müdaxilə etməyə cəhd göstərildiyi bildirilib. Hesabatda Çinin ABŞ-dakı seçkiyə müdaxilə etmədiyi də qeyd olunub.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın ABŞ-dakı seçkiyə müdaxilə etmədiyini bildirib.