ABŞ prezidenti Co Bayden tornado ilə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edib.
Azinformasiya.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bazar günü səhər tezdən Prezident Co Bayden Missisipi ştatında fövqəladə vəziyyət elan etdi və 24-25 mart 2023-cü il tarixləri arasında tornadoların vurduğu ərazilərdə yerli hökumətin yardım səylərini tamamlamaq üçün federal yardım göstərilməsini əmr etdi” , məlumatda deyilir.
Martın 26-da Milli İctimai Radio ABŞ-ın Missisipi və Alabama ştatlarında tornadolar nəticəsində azı 26 nəfərin öldüyünü bildirib. Həmin ərazilərdə küləyin sürətinin saatda 129 km-ə çatdığı, yağış və dolu yağdığı dəqiqləşdirilib.
Azinformasiya.az