Bayden: İsraili istənilən təhlükədən müdafiə etməyə hazırıq

“İsraili İran, HAMAS, “Hizbullah” və husilərdən yönələcək istənilən təhlükədən müdafiə etməyə hazırıq”.

 

Azinformasiya.az  Ağ Evin saytına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbətində bildirib.

Bayden və Netanyahu İsrailin ballistik raket və dronlara qarşı müdafiəsinin gücləndirilməsini də nəzərdən keçirib.

Co Bayden, həmçinin Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini B.Netanyahunun diqqətinə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir