ABŞ prezidenti Co Bayden Böyük Britaniya kralı III Çarlzın may ayında Londonda keçiriləcək tacqoyma mərasimində iştirakla bağlı dəvətindən imtina edəcək.
Azinformasiya.az xəbər verir ki, “The Daily Telegraph” qəzeti mənbələrə istinadən yazıb ki, onun əvəzinə mərasimə ABŞ-ın birinci xanımı Cil Bayden gələ bilər.
Nəşrdə yazılanlara əsasən, xaricə səfərlər 80 yaşlı Amerika prezidenti üçün çox yorucudur, buna görə də Vaşinqton administrasiyası onların sayını minimuma endirməyə çalışır, cədvəldə ancaq ən vacib xarici səfərləri saxlayır.
Azinformasiya.az