Bayden hərbi yardımın gecikməsinə görə Zelenskidən üzr istəyib

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskidən üzr istəyib.

 

Azinformasiya.az  xəbər verir ki, Parisdə keçirilən görüş zamanı Prezident Co Bayden ilk dəfə olaraq Ukrayna Prezidenti Vladimir Zelenskidən Rusiyanın döyüş meydanında irəliləyişinə imkan verən ABŞ hərbi yardımını aylarla gecikdirdiyinə görə açıq şəkildə üzr istəyib.

Bayden vurğulayıb ki, ABŞ uzun müddət Ukraynanın yanındadır.

“Biz hələ də yanınızdayıq. Tamamilə. Hərtərəfli”, – o bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir