Bayden Hərbi Hava Qüvvələrinin yeni qərargah rəisi olmağa namizədliyini irəli sürüb

ABŞ Prezidenti Cozef Bayden Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri vəzifəsini tuta biləcək Çarlz Braunun yerinə Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə general Devid Olvinin namizədliyini irəli sürüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Olvinin namizədliyi irəli sürülüb, ancaq hələlik rəsmi açıqlama verilməyib.

Çarlz Braun isə ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənəcəyi halda BQRK rəhbəri postunda general Mark Millini əvəz edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir