Bayden Evan Gerşkoviçin ailəsi ilə görüşüb

ABŞ prezidenti Co Bayden şənbə günü Rusiyada casusluq ittihamı ilə həbs edilən “The Wall Street Journal”ın müxbiri Evan Gerşkoviçin qohumları ilə görüşüb.

 

Azinformasiya.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ lideri Vaşinqtonda, xüsusilə də jurnalistin valideynləri Ella Milman və Mixail Gerşkoviç, eyni zamanda bacısı Danielle Gerşkoviçlə görüşüb. Aprelin əvvəlində Bayden jurnalistin ailə üzvləri ilə telefonla danışıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir