Bayden Çinə investisiya qoyuluşuna məhdudiyyətlər qoymağı planlaşdırır

ABŞ lideri Cozef Bayden bu il avqustun ortalarına kimi Çinin yüksək texnologiyalı sənayelərinə investisiya qoyuluşuna məhdudiyyətlər qoymağı planlaşdırır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Baydenin müvafiq sərəncam imzalaması avqustun ikinci həftəsinə planlaşdırılır.

Həmçinin, nəşr qeyd edib ki, planlaşdırılan imzalanma tarixləri bir neçə dəfə təxirə salınıb və onun bir daha təxirə salınmayacağına dair heç bir zəmanət yoxdur.

Agentlik tərəfindən bildirilib ki, məhdudiyyətlərin ən tez 2024-cü ilə kimi qüvvəyə minməsi gözlənilmir və ABŞ-ın Çinin yüksək texnologiya sənayesinə mövcud investisiyalarına təsir etməyəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir