“ABŞ İsveçin NATO-ya qəbulunu dəstəkləyir”.
Azinformasiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə İsveçin Baş naziri Ulf Kristerssonu qəbul edərkən söyləyib.
“Biz növbəti həftə baş tutacaq NATO-nun sammitinə hazırıq. İsveçin NATO üzvlüyünü tam dəstəkləyirik”, – ABŞ Prezidenti vurğulayıb.
İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib.
Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə sözügedən ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib.
Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Ancaq İsveç Türkiyənin şərtlərinə əməl etmədiyi üçün Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Belə ki, İsveç hələlik NATO-ya qəbul edilməyib.
Azinformasiya.az