Tbilisi Avropa İttifaqının vizasız rejimə yenidən baxmaqla bağlı ultimatumlarından qorxmur.
Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Kobaxidze deyib ki, Gürcüstan hakimiyyəti ölkədəki inqilablara mane olan qanunları ləğv etməyəcək.
Baş nazirin sözlərinə əsasən, Brüssel “Sovet Moskvası” ruhunda hərəkət etməməli, hər bir iddia əsaslandırılmalıdır və “boş ultimatumlar”dan çəkinmək vacibdir.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan üçün ailə dəyərlərini qoruyan, həmçinin xarici dövlətlərin maraqları naminə fəaliyyət göstərən təşkilatların maliyyələşdirilməsinə nəzarət etməyə imkan verən qanunlar vacibdir.
Kobaxidze məhbuslarla bağlı iddiaları da şərh edib. Baş nazirin sözlərinə əsasən, törədilmiş hər bir cinayət faktlarla əsaslandırılıb və sübut edilib: “Bu işlərlə bağlı hər hansı hüquqi sualları varsa, buyurub hüquqi arqumentlər gətirsinlər. Əlbəttə ki, belə suallar yoxdur. Beləliklə, biz boş siyasi ultimatumlarla qarşılaşırıq ki, bu da çox kədərlidir”.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası Gürcüstan XİN rəhbəri Make Boçorişviliyə bir sıra qanunların ləğv edilməsi ilə bağlı tövsiyə məktubu göndərib. Bildirilib ki, Tbilisinin reaksiyası vizanın dayandırılması mexanizmi ilə bağlı hesabata daxil ediləcək.
Azinformasiya.az