“İqlim dəyişikliyi qlobal həll tələb edir”.
Azinformasiya.az xəbər verir ki, bunu Dubayda keçirilən BMT İlqim Dəyişikliyi Konfransında çıxışında İsveç Baş naziri Ulf Kristersson deyib.
“Bizim iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atacağımız addımlarla bağlı vaxt cədvəllərimiz fərqli olar bilər, lakin Paris İqlim Razılaşması bizim üçün bu istiqamətdə təlimatdır”, – Baş nazir Kristersson deyib.
Baş nazir Ulf Kristersson çıxışı zamanı deyib ki, İsveç indi yeni nüvə enerjisi potensialına doğru konkret addımlar atır. “Mən COP28-də həmfikir ölkələrlə yanaşı dayanmağa şadam”, – o bildirib.
O, çıxışında yaşıl enerjiyə keçidin və qalıq yanacaqdan asılılığı azaltmağın vacibliyini vurğulayıb.
Azinformasiya.az