“Qonşu ölkələrdə cərayan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan vətəndaşlarımızın təxliyəsi məsələsi diqqət mərkəzindədir”.
Azinformasiya.Az-ın xəbərinə görə, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı təxirəsalınmaz tədbirlər görülür: “Bu gün səhər saatlarına olan məlumata görə, Ukraynada yaşayan 9 246 vətəndaşımız təxliyə edilib. Hazırda proses davam etdirilir”.