Baş nazir: “Bu günə qədər 460 minə yaxın şəxs vaksinasiya olunub”

“Ötən il pandemiya ilə mübarizə və onların aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirilib”.

Azinformasiya.Az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına əsasən dövlətin bütün imkanları insanların sağlamlığının qorunmasına yönəlib:

“Qısa müddət ərzində modul tipli xəstəxanalar yaradıldı. İl ərzində xarici ölkələrdən tibbi personallar dəvət edilib. Ölkə başçısının sərəncamı ilə xüsusi fonda yaradılıb. Həmin fonda bu günədək 114 milyon manat artıq vəsait yığılıb. Artıq peyvəndlər alınıb və ölkəmizə gətrilib. Bu günə qədər 460 minə yaxın vətəndaş vaksinasiya olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir