“Vaxtında normal kompensasiya olunan diabet xəstələrində COVID-19 normal keçir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi deyib.
Mütəxəssis qeyd edib ki, qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diyabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır: “Bu səbəbdən də COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir. Onlar mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır”.