Banqladeşdə hoteldə yanğın olub, 24 nəfər ölüb

Banqladeşdə hoteldə yanğın baş verib, 24 nəfər ölüb.

 

Azinformasiya.az  yerli mətbuata istinadən xəbər verir ki, parlament üzvü Şahin Çakladarın sahibi olduğu “Zabeer International” hotel avqustun 5-də saat 23:30 radələrində izdiham tərəfindən yandırılıb.

İlkin olaraq hoteldə heç bir xilasetmə əməliyyatı aparılmayıb. Yanğın başladıqdan bir saat sonra Hərbi Hava Qüvvələrinə məxsus helikopter hoteldə qalan bir neçə şəxsi xilas edib.

Yanğın qismən nəzarətə götürüləndən sonra 14 mərtəbəli otelin müxtəlif mərtəbələrindən meyitlərin çıxarılmasına başlanılıb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb.

Xatırladaq ki, Banqladeşdə etirazlar fonunda Baş nazir Şeyx Hasina istefa verib və ölkəni tərk edərək Hindistana gedib. Nümayişlərdə 300-ə qədər adam öldürülüb. Ordu vəziyyəti nəzarətə götürdüyünü və keçid hökumətinin yaradılacağını elan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir