Banqladeşdə fövqəladə vəziyyət elan olunub

Banqladeşdə fövqəladə vəziyyət elan olunub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Banglanews24” məlumat yayıb.

Etiraz aksiyaları ilə əlaqədar Banqladeş hökuməti saat 18:00-da komendant saatı elan edib və interneti kəsib.

Qeyd edək ki, indiyə kimi etiraz aksiyalarında 32 nəfər ölüb, çoxlu sayda yaralı var. Etirazlara səbəb dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir