Balakəndə üç nəfər qidadan zəhərlənib

Balakəndə ikisi yeniyetmə olmaqla üç nəfər qidadan zəhərlənib.

 

Azinformasiya.az xəbər verir ki, günorta saatlarında rayonun Hənifə kənd sakini, 2005-ci il təvəllüdlü Məhluqə İsmət qızı Moquşova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.

Müayinə zamanı M.Moquşuvanın balıq yedikdən sonra zəhərləndiyi məlum olub.

Eyni zamanda Xalatala kənd sakinləri, 2008-ci il təvəllüdlü Elnurə Elnur qızı Yekayeva və 2009-cu il təvəllüdlü Bənövşə Elxan qızı Nurtalayeva da zəhərlənmə əlamətləri ilə Balakən RMX-a müraciət ediblər.

Tort yedikdən sonra zəhərləndikləri məlum olan hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir