Balakəndə qəza baş verib, 4 nəfər xəsarət alıb

Balakəndə yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub.

Qəza nəticəsində “VAZ-2107”dəkı 4 nəfər xəsarət alıb. Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 1984-cü il təvəllüdlü Nuranə Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir