Balakəndə beşotaqlı ev yanıb

Balakəndə beşotaqlı fərdi yaşayış evində yanğın baş verib.

 

Azinformasiya.az xəbər verir ki, yanğın hadisəsi gecə saat iki radələrində rayonun Püştətala kəndində, kənd sakini Həybullah Şəfi oğlu Qarakişiyevə məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 20 kv/m-lik mətbəxtinin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir