Balakəndə 50 yaşlı qadını avtomobil vuraraq öldürüb

Balakəndə piyadanı avtomobil vuraraq öldürüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə günorta saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral avtomobil yolunda, Balakən rayonu Katex kəndi ərazisində qeydə alınıb. Rayon sakini Şaban Ramazanovun idarə etdiyi “KİA” markalı minik avtomobili Katex kənd sakini 50 yaşlı Nazxanım Qallaçiyevanı vurub.

Müxtəlif xəsarətlər alan N.Qallaçiyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir