Baləkəndə avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Talalar kəndi ərazisində rayonun Qabaqçöl qəsəbəsi istiqamətində baş verib.
Yolu keçmək istəyən rayon sakini Murtuzəliyeva Sürəyya Cumalı qızını “KIA Carens” markalı avtomobil vurub.
Piyada xəstəxanaya çatdırılmasına rəğmən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az