Bakıda yük maşını ilə minik avtomobili toqquşub, 2 nəfər ölüb

Bakıda yük avtomobili ilə minik maşını toqquşub, 2 nəfər ölüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində baş verib.

Belə ki, Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Nəticədə “Nissan”da olan sərnişinlər – 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib, digər sərnişin, 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir