Bakıda 19 gün öncə hamamda yıxılaraq xəsarət alan 86 yaşlı qadın xəstəxanada ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Oktyabrın 31-də 1939-cu il təvəllüdlü Sevil Hüseynova yaşadığı Hidayətzadə küçəsindəki evində hamamda yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. O, ötən gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az