Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Azinformasiya.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.