Azərbaycanda qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa edilən cəzaçəkmə müəssisələrinin istifadəyə veriləcəyi tarix məlum olub.
Bu barədə Azinformasiya.Az-a Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, cəzaçəkmə müəssisələri martın 16-da istifadəyə veriləcək. Həmin gün Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinə mediatur təşkil edəcək.