“Bakıda ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət kifayət qədər yüksəkdir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.
İdarə müdiri qeyd edib ki, ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə 14 483 şagirdin, V-IX siniflər üzrə isə 12 125 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb: “Bu isə paytaxt üzrə ümumi şagird kontingentinin təxminən 5 faizi civarında dəyişən bir göstəricidir. Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182018, V-IX siniflərdə 199694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27122 uşaq cəlb olunub”.