Bakıda minik maşını yük avtomobilinə çırpılıb, ölən var

Bakıda minik maşını yük avtomobilinə çırpılıb, ölən var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda baş verib. Fərəcullayev Maarif Arif oğlunun idarə etdiyi “Shacman” markalı yük maşını yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn “Kia Rio” markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü 1984-cü il təvəllüdlü Aslanov Mehdi Rauf oğlunun hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir