Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb.

 

Azinformasiya.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir