Bakının Nərimanov rayonunda ümumi sahəsi 30 m² olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü, içərisinə yığılan 15 ədəd pəncərə çərçivəsinin 7 ədədi və əşyalar yanıb.
Azinformasiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azinformasiya.az