Bakıda kişi kirayə qaldığı mənzildə tanışını bıçaqlayıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Elvin Behbudov 1984-cü il təvəllüdlü Mətləb Bayramovu aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bıçaqlayıb.
M.Bayramov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
İlkin əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən Elvin Behbudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az