Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb.
Azinformasiya.az xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonunda qeydə alınıb.
Məlumata əsasən, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminə Bədəlovanı balta ilə öldürüb və sonradan özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az