Bakıda kafeyə bıçaqla hücum edilib.
Azinformasiya.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Aşıqlar” kafesində baş verib.
Müştəri qismində kafeyə daxil olan iki nəfər naməlum şəxs inzibatçı Səxavət Məmmədovun üzərinə bıçaq çəkərək pul tələb edib və kassada olan 40 manatı götürərək ərazidən uzaqlaşıblar.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Ricat Cəfərov və 1996-cı il təvəllüdlü Turan Alıyev tutularaq istintaqa təhvil verilib.
Sözügedən faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az