Bakıda iki qadın dəm qazından boğularaq ölüb

Bakıda 30 yaşlı qadın dəm qazından boğulub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə dekabrın 11-i saat 9 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Elnurə Vilayət qızı Abbasova qəsəbə ərazisində Ü.Hacıbəyov küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Binəqədi rayonunda isə dekabrın 12-də gecə saat 1 radələrində 1966-cı il təvəllüdlü İbrahimova Vəfa Nəcəf qızı dəm qazından boğulub.

Hadisə 28 May qəsəbəsində evdə baş verib. 58 yaşlı qadın evin hamamında dəm qazından zəhərlənərək ölüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir