Sabunçu rayon sakini dəm qazından boğulub.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən axşam saatlarında qeydə alınıb.
Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Tahirov da yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hər iki fakt üzrə araşdırma aparılır.
Azinformasiya.az